Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) gecə saatlarında Tbilisinin “Basiani” və “Gallery” gecə klublarında 8 narkotik alverçisinin saxlanılması ilə nəticələnmiş xüsusi əməliyyatın detallarını açıqlayıb.
Mynews.az-In məlumatına görə, DİN-də keçirilmiş xüsusi brifinqdə bildirilib ki, narkotik alverçilərinin gecə klubları ilə sıx əlaqələri olub. Aparılmış müşahidələr zamanı narkotik alverçilərinin kimliyi videogörüntülərlə müəyyənləşdirilib. Saxlanılan şəxslər arasında gecə klublarından birinin mühafizə xidmətinin əməkdaşı də var. Onun üzərində axtarış zamanı külli miqdarda narkotik vasitələr aşkarlanıb.
Qeyd edək ki, gecə klublarında həyata keçirilmiş polis reydlərinə etiraz olaraq bu gün Tbilisidə parlament binasının qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub