USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Qarabağ qazisi Abşeron “kraliça”sına etiraz olaraq evini yandırdı “Niyə pul verməliyəm?”

18:12 12.05.2018
Qarabağ qazisi Abşeron “kraliça”sına etiraz olaraq evini yandırdı “Niyə pul verməliyəm?”
18:12 12.05.2018

”Üç gün ərzində səsimə səs verməsəniz, özümü qaz borusundan asacam. Mən korrupsiyaya yox deyirəm. 214 manat dövlətdən pensiya alıram, bunu da İradə Gülməmmədovanın qoçularına verməliyəm?”.

Reportyor.info xəbər verir ki , bu sözləri icra hakimiyyətinin əməkdaşları tərəfindən döyüldüyünü iddia edən Qarabağ qazisi Fuad Əkbərov elə müsahibə verdiyi Kanal13-ün kamerası önündə evinə od vurub.

Evinə od vurmamışdan əvvəl F.Əkbərov bildirib ki, bu gün saat 12 radələrində Abşeron rayon İcra Hakimiyyətinin qoçuları onu döyərək evini dağıdıblar: ”Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu, mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm. Amma İradə Gülməmmədovanın qocuları istəyir”.

Qeyd edək ki, Abşeronda Qarabağ əlillərinə qarşı laqeyidlik artıq ənənə halını alıb. Abşeron rayonu “Balaca padşahların böyük nağılı”na çevrilib.Azərbaycanın yeganə qadın icra başçısı olan İradə Gülməmmədova Abşeron rayonuna rəhbər təyin edildikdən sonra bütün pislikləri etməyə başlayıb.Onun I vitse-prezident Mehriban Əliyevanın xeyirxahlıqları, yaxşılıqlarından nümunə götürməsi əvəzinə ən tükürpədici qanunsuzluqların altında “imzası”na rast gəlinir. Məsələn, sonuncu belə ət ürpəşdirən, ikrah hissi doğuran fakt 2-ci qrup Qarabağ əlili, evsiz-eşiksiz, səfalət içində yaşayan Səyyaf Bayramovun vəhşicəsinə döydürməsi idi!

Eyni ilə İ.Gülməmmədovanın əmri ilə Abşeron polisinə çağrıldığını və şöbənin qarşısında mülki geyimli iki polis tərəfindən qanına qəltan edildiyini söyləmişdi!…Eyni ilə indiki mənzərə göz önündədir.

Məsələ ilə bağlı İcra Hakimiyyətinin mövqeyini də yaymağa hazırıq.

Həmin anı buradan izləyə bilərsiniz:


Hadisə

Xəbər lenti

300x200r