Astarada da bir yaşlı uşağın əli çəkən maşında qalıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.
Həmin kənd sakini, 2017-ci il təvəllüdlü İlahə Fəxrəddin qızı Məmmədova valideynlərinin diqqətindən yayınaraq sol əlini ət çəkən maşına salıb. Nəticədə İ. Məmmədovanın əli orada qalıb. O, valideynləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Uşağın əlini ət çəkən maşından çıxarmaq üçün FHN-in Cənub Regional Mərkəzinə məlumat verilib.Xəstəxanaya gələn xilasedicilər xüsusi alətlərin istifadə etməklə ət maşınını kəsərək İ. Məmmədovanın əlini oradan çıxarıblar.
Azyaşlı aldığı xəsarətlərlə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və hazırda müalicəsi orada davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub