Xaçmaz Gömrük İdarəsinin nəqliyyat vasitəsində apardığı yoxlama zamanı gömrük idarəsindən gizli tutulan siqaretlər aşkar edilib. Mynews.az-ın DGK-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin ön oturacaqlarının və ehtiyyat təkər üçün nəzərdə tutulan qurğusunun altından gömrük nəzarətindən gizlədilən 3600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub