Bakı Ağır Cinayətlər Məhkəməsində “Xudafərin” MMC-nin vəzifəli şəxsləri Ramiz Quluzadə, Nicat Məmmədov, Anar Məmmədov, Cavid Qurbanov və Emin Gülün CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Mynews.az-ın məlumatına görə, сinayət işi üzrə 47 nəfər zərərçəkmiş kimi tanınıb, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər 2.000.000 manat pulu aldatma yolu ilə ələ keçirərək, dələduzluq ediblər.
Qeyd edək ki, ibtidai istintaq mərhələsində onların barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Məhkəmə prosesində prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən R.Quluzadə və A.Məmmədov özlərini qismən təqsirli biliblər, digər üç nəfər isə özlərini təqsirli hesab etməyiblər.
Proses mayın 25-də davam etiriləcək.
Xatırladaq ki, “Xudafərin” MMC “Amay Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub