Bakı Ağır Cinayətlər Məhkəməsində Bərdə rayon sakini İsgəndər Hüseynovun (1963-cü il təv.) CM-nin 120.2.9-cu (aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Mynews.az-ın məlumatına görə, ötən il noyabrın 22-nə keçən gecə, saat 03:00 radələrində İsgəndər Hüseynov Lökbatan qəsəbəsində kirayə qaldığı mənzildə Bərdə rayon sakini İlqar Mirzəyevə (1972-ci il təv.) çoxsaylı bıçaq zərbələri endirib.
Həmin gecə Hüseynov Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, fakta görə rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi başlanılıb.
İstintaqın gedişatında məlum olub ki, İsgəndər və İlqar Bərdə rayonunda qonşu, həmçinin dost olublar. Noyabrın 21-də Bakıya işləmək məqsədilə gələn şəxslər Lökbatan qəsəbəsində kirayə ev tutublar. Mübahisədən öncə xeyli spirtli içki qəbul ediblər, sonra bir-birini təhqir etməyə başlayıblar və nəticədə Hüseynov dözməyib, kəsici alətə əl atıb. O, məişət təyinatlı bıçaqla dostuna səkkiz zərbə vurub.
DİN-dən alınmış tələbnaməyə əsasən, İ.Hüseynov 2006-cı ildə Moskvada cinayət törətdiyinə görə tutulub və səkkiz il müddətinə azadlıqdan məhrum olunub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış mayın 22-ə təyin edilib.
1
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
428 dəfə oxunub
2
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
423 dəfə oxunub
3
İlham Əliyev fərman imzaladı
414 dəfə oxunub
4
Gəncədə yük avtomobili yaşlı qadını vuraraq öldürüb
409 dəfə oxunub
5
Yük avtomobili qadını vurub öldürdü
374 dəfə oxunub