Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb. Hadisə rayonun Ləngəbiz kəndində baş verib.
Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb.
O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir.
Ağsu rayonu Ləngəbiz kənd bələdiyyəsinin sədri Seymur Nəsirov virtualaz.org-a açıqlamasında direktorla müəllim arasında mübahisənin qonşu kənddə keçirilən toy mərasimi zamanı yarandığını bildirib.
”Onlar hər ikisi Çöl Bağırlı kəndindəndirlər. Eşitdiyimə görə, kənddə keçirilən xeyir iş zamanı aralarında dava düşüb. İndidentin hansı səbəbə görə baş verdiyini bilmirik”, - həmsöhbətimiz bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub