Biləsuvar rayonunda şagird məktəbdə ölüb.
Mynews.az report-a istinadən xəbər verir ki, rayonun Amankənd kənd sakini, 6-ci sinif şagirdi, 2006-ci il təvəllüdlü Ürfan Əliyar oğlu Hüseynli təhsil aldığı rayonun Dövrüşlü kənd tam orta məktəbində vəfat edib.
Məlumata görə, məktəbli axrıncı dərsdən evə gedərkən, qəfildən məktəbin həyətində dünyasını dəyişib. Onun nədən vəfat etdiyi hələlik məlum deyil. Lakin sudurğa xəstəliyinin olduğu bildirilir.
Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon şöbəsində müayinə edilir.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub