Səbail rayon İcra Hakimiyyəti (RİH) Bayıldakı sürüşmə ilə bağlı məlumat yayıb.
Mynews.az bildirir ki, İcra Hakimiyyətindən verilən məlumata görə, mayın 15-də saat 20:00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman iki fərdi yaşayış evi tam, ikisi isə qismən dağıntılara məruz qalıb.
Daha 20 fərdi ev də təhlükəli ərazidədir.
Qeyd olunmalıdır ki, bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ sovet hakimiyyəti illərində, əsas etibarilə keçən əsrin 50-ci illərində tikilib.
Onların əksəriyyəti bir mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub