Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Mynews.az sputnik.az-a istinadən xəbər verir ki, Qəsəbə sakini, 1960-cı il təvəllüdlü İldırım Rza oğlu Dadaşov "Makarov" tipli tapançadan baş nahiyəsinə atəş açaraq özünü öldürüb. İntihar hadisəsi zamanı mənzildə İ.Dadaşovdan başqa heç kəs olmayıb.
Mənzilin yoxlanılması zamanı kriminalistlər İ.Dadaşovun intihardan öncə yazdığı məktubunu aşkar ediblər. İş adamı ölümünün səbəbini orada açıq-aydın qeyd edib. Oğlunun ölümünün ona dinclik vermədiyini, bu cür yaşamağın mümkün olmadığını məktubda etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, mərhumun oğlu Moskva yaxınlığında avtoqəza zamanı dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub