XƏZƏR TV-nin adından ŞOK fırıldaq "50 manatlıq tozsoran 600 manata" - VİDEO

1219
XƏZƏR TV-nin adından ŞOK fırıldaq "50 manatlıq tozsoran 600 manata" - VİDEO
Xəzər TV-nin adından istifadə edən fırıldaqçılar peyda olub.
 
Evlərə Xəzər TV-nin adından zəng vuraraq məişət əşyaları satan fırıldaqçılar bir çox ailəni bu yolla aldada bilib. Belə ki, televiziyanın adından istifadə edən fırıldaqçılar müştərilərə baha qiymətə olan əşyaları ucuz qiymətə təklif edirlər. Əvvəlcə onlara zəng vuraraq Xəzər televizyasının kampaniya keçirdiyini və nömrənin aksiyaya düşdüyünü söyləyirlər. Fırldaqçılar torlarına saldıqları şəxslərə 3 asan suala verdikləri doğru cavab müqabilində bahalı əşyaları endirimlə təklif ediblər. Kifayət qədər şəxs isə onların qurbanı olub.
 
Məsələni araşdıran Xəzər televiziyasından kanalın heç vaxt belə bir aksiya keçirmədiyi bildirilib. 
 
Faktla bağlı polisə müraciət edilib.

Xəbər lenti