Azərbaycan vətəndaşı Sankt-Peterburq şəhərinin Nevski rayonunda döyülüb və güllə yaraları alıb.
Mynews.az-ın məlumatına görə, Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, martın 9-na keçən gecə 2-ci Rabfakovski küçəsində iki nəfər arasında münaqişə yaranıb.
Nəticədə davanın iştirakçılarından biri, 40 yaşlı Azərbaycan vətəndaşı ağır vəziyyətdə Aleksandr xəstəxanasına çatdırılıb.
O, xəstəxanaya hər iki ayağından güllə yarası almış vəziyyətdə, qapalı kəllə-beyin travması, beyin silkələnməsi, baldırında, sol əlində güllə yarası, burun sümüklərinin sınması diaqnozu ilə yerləşdirilib.
Məlumata görə, o, Sankt-Peterburqda qeydiyyatsız yaşayıb. Faktla bağlı cinayət işi açılıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub