Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Xəzər rayonu ərazisində rabitə kabelərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-dən Mynews.az-a verilən məlumata görə, mayın 10-da Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyəti Cəmiyyəti Xəzər Telefon Qovşağına məxsus 250 metr uzunluğunda kebel xəttinin oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub. Qeyd edək ki, hadisə nəticəsində MMC-yə ümumilikdə 6931 manat maddi ziyan dəyib. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlham Rzayev və Anar Rəsuloğlu saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları kabelləri mis halında 670 manata əlvan metal qəbulu məntəqələrinə satıblar. Qeyd edək ki, A.Rəsuloğlu və İ.Rzayevi rabitə işçiləridir. Bu səbəbdən onlar rabitə kabellərinin keçdiyi ərazi haqqında məlumatlı olublar.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub