Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.
DMX-dən Mynews.az verilən məlumata görə, xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlər zamanı 56 nəfər əcnəbi aşkar edilib. Onlardan 13-ü Hindistan, 12-si Türkiyə, 10-u Pakistan, 7-si İran, 7-si Nepal, 4-ü Özbəkistan, 2-si Gürcüstan və 1-i Türkmənistan vətəndaşıdır. Həmin şəxslərdən 38 nəfəri Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib.
Araşdırma zamanı 4 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, Pakistan vətəndaşı Muhammad Munirin qeyr-qanuni olaraq küçə ticarəti ilə məşğul olduğu, digər əcnəbilərin Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub.
Saxlanılan Nepal vətəndaşları Thapa Dal Bahadur, Nepali Bhim və Karki Rameshin Hindistanda fəaliyyət göstərən Raju adlı şəxs tərəfindən Türkiyəyə göndərilmək adı altında Azərbaycana gətirilməsi və burada yerləşdirilməsini təşkil edildiyi müəyyən edilib. Həmin Nepal vətəndaşlarının Azərbaycandan İrana, oradan Türkiyəyə keçirilməklə leqallaşacaqlarına vəd verilib və qanunsuz miqranta çevrilmələrinə şərait yaradılıb. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.
Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan vətəndaşları və saxlanılan əcnəbilərdən İran vətəndaşlarının ölkəni tərk etmələri təmin edilib, digər şəxslərin ölkə hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub