Taksi sürücüsünə qarşı ağır cinayət törədən dəstə üzvləri saxlanılıb.
Mynews.az “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, şəhər sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edəb.
O bildirib ki, tanımadığı üç nəfər onun idarə etdiyi avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib.
Qeyd edilən ünvana çatanda həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər.
Taksi sürücüsündə pul olması barədə məlumatı isə dəstə üzvü Şəms Məmmədova zərərçəkənin qohumu Sevda Gözəlova verib.
Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai Rayon Polis İdarələri əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakinləri - Sevda Gözəlova və Şəms Məmmədov, həmçinin Masallı rayon sakinləri - Samir Həşimov, Elvin Kazımov və Aysel Məmədova saxlanılıblar.
Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədilə daxil olduqları və həmin mənzildən beş min manat dəyərində qızıl və məişət əşyaları götürərək satdıqları məlum olub.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub