Göyçay rayonunda gənclər arasında baş verən dava zamanı iki qardaş bıçaqlanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bığır kəndində qeydə alınıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Elvin Rakif oğlu və qardaşı Rəşad Rəsulov bıçaq xəsarəti aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.
Onların kənddə gənclər arasında baş verən dava zamanı bıçaqlandığı bildirilir.
Qardaşları bıçaqlayan şəxs qaçaraq gizlənib. Hazırda rayonun polis əməkdaşları hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Faktla bağlı araşdırma aparılır.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub