Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Hacıyeva ötən ilin avqust ayından cari il may ayının 17-dək olan müddətdə Bakıxanov qəsəbəsində yaşadığı binanın zirzəmisindəki saxlanc yerindən qardaşına məxsus rezin qayıq, 2 ədəd dalğıc geyimi 3 ədəd qundağlı oxatanın oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Rəşad Həsənov və Pərvin Nəsibov olduqları, oğurladıqları ləvazimatları ovçular dükanına satdıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən qeyd olunan ləvazimatlar maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub