Şəkidə həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 234.1; 237.1; 66.2; 69.3; 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kaltayev Məzahir Əhmədulla oğlunun yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Balakən rayon sakini Telliyeva Aypara Tahir qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilmiş kağız bükülüdə 0,47 qram marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub