Bu gün səhər saatlarında Göyçay rayonunda dələduzluq hadisəsi baş verib.
BiG.AZ -ın əldə etdiyi məlumata görə dələduzluq hadisəsi Göyçay rayonu şıxbəy kəndində qeydə alınıb. Belə ki, sözügedən kənd sakini Şəfiyev Habil Arif oğlunun həyətində yaratdığı 1600 şitillik parnik naməlum şəxslər tərəfindən tamamilə dağıdılıb.
Aldığımız məlumata görə bununla bağlı parnik sahibi polisə məlumat verib və bir neçə şübhəli şəxs saxlanılaraq polis idarəsinə aparılıb.
Həmçinin o da qeyd edilir ki, zərərçəkmiş kənd sakini Şəfiyev Habil Arif oğlunun qonşuları ilə su məsələsinə görə ədavəti var. Belə ki, bir müddət öncə bu ədavətə görə onun sahəsindən qoz-fındıq və innab oğurlanıb. Həmin hadisə ilə bağlı da polisə məlumat versə də oğurluq edən şəxslər hələ də tapılmayıb.
Redaksiyamıza daxil olan fotoşəkilləri oxucularımıza təqdim edirik.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub