Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Kahin Gərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Gərayev 8 il azadlıqdan məhrum edilib və o məhkəmə zalında həbs olunub.
Bakı şəhər sakini Gərayev Kahin Əli oğlu Binə ticarət mərkəzində xəz mağazalarının sahibi olub və o tanışına qarşı 100 min manatdan çox dələduzluqda təqsirləndirilir.
K.Gərayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub