Bakıda böyük oğurluq - FOTOLAR

Bu il aprelin 22-də paytaxt sakini olan bir nəfər şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30000 ABŞ dolları və 100000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.
DİN-dən Mynews.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunmuşlar - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.
Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü S.Həsənbəyli zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə əvvəlcə İ.Həsənova məlumat verib. O isə öz növbəsində digər dəstə üzvləri E.Aslanov və A.Qasımovla birlikdə qeyd edilən evdən oğurluq etmək qərarına gəlib.
Seyfi ələ keçirəndən sonra dəstə üzvləri S.Həsənbəylinin Abşeron rayonunda yerləşən bağ evinə yollanıblar. Orada seyf kəsilərək açılıb və əldə edilən pul saxlanılan şəxslərin arasında bölünüb. Seyfdə olan qızıl-zinət əşyaları S.Həsənbəyli və İ.Həsənov tərəfindən satılandan sonra həmin pullar da yenidən dəstə üzvləri arasında bölüşdürülüb.
Qeyd edilən faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Hadisə
- Kərkicahan-Xəlfəli yolunda separatçıların postu məhv edildi
- Həlak olan polislərimizin FOTOLARI
- Liviyada sel fəlakəti baş verdi: 2 min adam öldü, 7 min adam itkin düşdü
- Azərbaycanda küçədə yeni doğulmuş körpə tapıldı
- Zəngilandakı dəhşətli qəzanın kadrları yayıldı - 24 yaşlı sürücü hadisə yerində həlak olub - VİDEO - VİDEO
- Azərbaycanda əmioğlular arasında baş verən mübahisə qanla bitdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bu gün Azərbaycanda Bilik Günüdür 1088 dəfə oxunub
- "Azərbaycan antiterror əməliyyatına başladı" - RESMİ 910 dəfə oxunub
- Kərkicahan-Xəlfəli yolunda separatçıların postu məhv edildi 586 dəfə oxunub
- Həlak olan polislərimizin FOTOLARI 583 dəfə oxunub
- Səlcuq Bayraktar: “Haqlı mübarizəsində can Azərbaycanın yanındayıq” - FOTO 553 dəfə oxunub