Mağazadan alınan sosiskanın içərisindən diri qurdlar çıxıb.
Minval.info xəbər verir ki, xoşagəlməz hal Azərbaycanın bölgələrindən birində yaşanıb. Belə ki, sosial şəbəkələrdə yayılan videoda sosiskanın içərisində qurdların çıxdığı əks olunub. Görüntüləri lentə alan şəxsin danışığından məhsulun Bakıdakı mağazalardan alınmadığı məlum olur. İnsanlar daha çox sosiskanın hansı şirkət tərəfindən istehsal edildiyini öyrənməyə çalışıb.
Video isə məhsulun üzərində “Südlü” sözündən başqa heç nə aydın görünmür. Əksər sosial şəbəkə istifadəçiləri sosiskanın “Min bərəkət halal nemət”ə aid olduğunu iddia edir. Onlar bunu şirkətin məhsulunun hər mağazada satılması ilə əlaqələndirir.
Bəziləri isə yalnız saxlanma şəraitinə uyğun olaraq sosiskanın belə vəziyyətə düşdüyünü deyir.
“Min bərəkət halal nemət” “Səhliyalı” MMC-yə məxsus olduğu üçün sözügedən şirkətlə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, bizimlə əlaqə saxlayacaqlar. Lakin xeyli keçməsinə baxmayaraq “Səhliyalı” MMC-dən səs-soraq çıxmadı.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub