Erməni separatçılarının 4 ilə yaxındır girov saxladığı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ARB 24-ə açıqlama verib.
O bildirdi ki, atasından sonuncu məktubu 2017-ci il noyabrın 1-də alıb. Onun sözlərinə görə, Dilqəm Əsgərovun səhhətində ciddi problemlər yarandığından ailə üzvləri xəbər-ətər olmamasından çox narahatdırlar.
Kürdoğlu Əsgərov - Dilqəm Əsgərovun oğlu: "7 aydır atamla əlaqə saxlaya bilmirik. Əslində, 3 aydan bir video görüntü gəlməlidir. Lakin nə video, nə də məktub var. Qırmızı xaç komitəsi isə bildirir ki, vəziyyəti normaldır. Onlara sual ünvanlayıram ki, o zaman niyə video göndərmir? Onlar isə bildirir ki, özü istəmir".
Kürdoğlu Əsgərovun sözlərinə görə, analoji vəziyyət artıq ikinci dəfədir təkrarlanır. Bundan əvvəl də atasından 7 ay xəbər olmayıb. Ötən il ATƏT-in Demokratik Təssisatlar və İnsan Haqları bürosunun Varşavada keçirilən illik zirvə toplantısında məsələ qaldırıldıqdan sonra Dilqəm Əsgərovdan məktub alınıb.
Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüblər. Həmin ilin dekabrında separatçı Dağlıq Qarabağ rejimi kəlbəcərli əsirlər üzərində qondarma məhkəmə qurub. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlarla yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə əlaqə saxlamaq mümkündür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub