Avropa İnsan Haqları Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxılmasını tezləşdirəcək.
Mynews.az-ın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə mayın 23-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə deyib.
Onun sözlərinə görə, erməni girovluğundakı azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı lazımi tədbirlər görülməkdədir. Əldə olunan materiallar, sənədlər Avropa İnsan Haqları Məhkəməsinə göndərilir.
Qeyd edək ki, Anar Bağırov Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub