Göyçay rayonunda 26 yaşlı gənc Rəşadət Kərimovun ağzı bıçaqla kəsilib.
Mynews.az-ın big.az-a istinadən verdiyi məlumata görə, bıçaqlanan gəncin atası Mais Həmidov hadisənin martın 1-i saat 19:30-da qonşuları Rəşadət Kərimov tərəfindən törədildiyini bildirib:
"Aralarındakı dava nəticəsində Rəşadət Kərimov üzərindəki divar kağızının kəsilməsi üçün istifadə olunan bıcaqla oğluma xəsarət yetirib. Oğlumun ağzına Göyçay Mərkəzi Rayon Xəstəxanasında 28 tikiş vurulub. Hadisə evimdən 100 metr uzaqlıqda baş verib. Belə ki, Rəşadət Kərimov tərəfindən mənim balaca oğlum da döyülüb. Aralarındakı mübahisə böyüyərək bu vəziyyətə çatdı. Bununla bağlı Göyçay rayon Polis Bölməsinə müraciət etsək də hələ də cinayət işi açılmayıb. Təsəvvür edin 85 gündür bu hadisə baş verib. Amma Rəşadət Kərimov hələ də törətdiyi əməllərinin cəzasını almayıb. Heç düzgün ekspertiza da olunmadı. Mən bununla bağlı cənab prezidentimiz İlham Əliyevə də müraciət etmişəm. Oğluma qarşı bu vəhşiliyi törədən insanın tezliklə cəzalandırılmasını istəyirəm".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub