Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-dən Mynews.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüfət Quliyevdə odlu silah-sursat olması barədə məlumat daxil olub.
İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman bir ədəd “Makarov” markalı tapança və içərisində bir ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatın ona məxsus olduğunu etiraf edib.
İdarə əməkdaşları tərəfindən həyata keçrilən digər əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan daha üç nəfər saxlanılıb.
Nəticədə Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Mehrac Zərbalıyev, Tural Quliyev və Gəncə şəhər sakini Ruhin Şabanov saxlanılıb. Onlardan ümumilikdə 12 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Saxlanılanların şəxsiyyətləri və kriminal keçmişə malik olmaları nəzərə alındığından onların digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. R. Quliyev, M.Zərbalıyev, T. Quliyev və R.Şabanovun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
1
Bu müavinətlər yeni qaydada hesablanacaq – QƏRAR
1074 dəfə oxunub
2
İlham Əliyev Azərbaycan gənclərini təbrik etdi
1068 dəfə oxunub
3
Fevralda neçə gün evdəyik? -QEYRİ İŞ GÜNLƏRİ
1056 dəfə oxunub
4
Cinsiyyət dəyişdirən daha bir fenomen saxlanıldı
1031 dəfə oxunub
5
Rəqsanə canlı yayımda üzr istədi
1023 dəfə oxunub