Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Keçmiş arvadını silahla hədələdiyi deyilən polislə bağlı DİN-dən açıqlama

Polis əməkdaşının silahla şəkil çəkdirərək keçmiş arvadına göndərərək hədə-qorxu mesajı verməsi ilə bağlı məsələyə Daxili İşlər Nazirliyi reaksiya verib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Criminal.az saytına açıqlamasında bildirdi ki, Sumqayıt şəhər sakini Səbinə Quliyevanın Xətai rayon Mühafizə İdarəsində işləyən keçmiş ərinin onu ölümlə hədələməsi barədə iddiaları əsassızdır və həqiqətdən uzaqdır: 

 "Criminal.az” saytının 23.05.2018-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş yazıda xanımın özünün də qeyd etdiyi kimi, bir il əvvəl onun Daxili İşlər Nazirliyinə keçmiş əri ilə bağlı müraciət əsasında Baş Mühafizə İdarəsində müvafiq araşdırma aparılıb, cəmiyyətdə qəbul olunmuş etik və birgəyayayış qaydalarının pozulmasına görə polis nəfəri Elşən Firidunov barəsində ciddi intizam tənbehi tədbiri görülüb, gələcəkdə anoloji halların baş verməməsi məqsədilə əməkdaşla fərdi profilaktik söhbətlər aparılıb, "Daxili işlər orqanlarının etik-davranış Kodeksinin tələblərinə ciddi riayət olunması nəzərinə çatdırılıb. 

Həmçinin məsələ ilə əlaqədar Səbinə Quliyeva da dəfələrlə Baş Mühafizə İdarəsinin rəhbərliyi tərəfindən qəbul olunub, onunla da fərdi profilaktik söhbətlər aparılaraq hüquqları izah edilib. Sözügedən yazıda Səbinə Quliyevanın guya keçmiş həyat yoldaşı tərəfindən hədələnməsi və bu məqsədlə təhdid xarakterli şəkillərin göndərilməsi barədə fikirləri ilə əlaqədar qeyd etməliyəm ki, şikayətçinin bu iddiaları məsələylə bağlı apardığımız qısa bir araşdırma zamanı öz təsdiqini tapmayıb. Əməkdaşın özü də uzun müddətdən bəri keçmiş həyat yoldaşı ilə heç bir əlaqəsinin olmadığını etiraf edib, bu səbəbdən də onu hər hansı şəkildə hədələmədiyini və ya təhdid dolu fotoşəkillər göndərmədiyini, baş idarənin rəhbərliyi tərəfindən aldığı intizam cəzasından və haqlı iradlardan özü üçün ciddi nəticələr çıxardığını bildirib''.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...