Mynews.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə X.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il paytaxtın Nərimanov rayonunda 1983-cü il təvəllüdlü X.Məmmədov qonşusu Niyaməddin Rüstəmovu bıçaqlayıb.
Hadisəyə səbəb avtomobilin parklanması üstündə yaranmış mübahisə olub.
X.Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, X.Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub