Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Mynews.az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra zərərçəkmiş Fərman Məmmədovun nümayəndəsi vəsatət qaldırıb. O bildirib ki, cinayət işi ilə tanış olmayıb: "Mən Fərman müəllimlə yeni müqavilə bağlamışam, işlə də tanış deyiləm. Müvəkkilim deyir ki, istintaq dövründə təqsirləndirilən Elnur İbrahimovdan heç vaxt şikayətçi olmayıb. Onun şikayəti Həbib Axunova qarşı olub. O, bu iş üzrə Həbib Axundovun təqsirləndirilməli oldunu söylədi".
Zərərçəkmiş F.Məmmədov da vəkilinin qaldırdığı vəsatətlə razı olduğunu qeyd edib.
Vəsatət təmin edilib.
Proses mayın 31-dək təxirə salınıb.
İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimov H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.
Mətbuatda yazılan məlumatlara görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.
Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.
Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub