''Vurduğum adamın qardaşı, atası məni bağışladı, amma anası yox''
ARB TV-nin "Rezonans” verlişində bu dəfə Səringül Ramazanovanın həbsxana hekayələrindən bəhs olunub.
Səringül Ramazanova (cəzası 10 il):

"Uşaq evində gözümü açmışam. 3 uşaq olmuşuq deyə imkanımız zəif olub. Atam Rusiyada işləyib. Atam məni öz yanına götürdü, bir müddət sonra dünyasını dəyişdi. Bura düşəndən sonra isə anam ilk dəfə yanıma gəldi. Atam vəfat edəndən sonra əmimgildə qalırdım. Onlar da mənə əzab verirdi deyə oradan çıxdım. Çöllərdə böyüyüb, işlədim. İdmanla məşğul olurdum. Kafedə 3-4 gün olardı ki, işləyirdim. Bir nəfər yeyib-içib hesabı istədi. Hesabı deyəndə başladı söyməyə. 3-4 dəfə başa salmağa çalışdım, başa düşmədi. Ata söyüşü söyəndə isə dözmədim, bıçaqladım. Boğazından şah damarından vurdum, öldü. Sonra kömək elədim, amma alınmadı. Anam yanımda olsaydı, belə olmazdı. Öz xoşluğumla törətməmişəm. Məcbur qaldım. Burada bəzi adamlara ana deyirəm. Çünki mənə dəstək olurlar. Anam və bacım üz çevirib məndən. Telefonumu açmırlar. Vurduğum adamın qardaşı, atası məni bağışladı, amma anası yox. Kaş eləməzdim. Sevgilim var idi. Amma narkotik vuran oğlan idi deyə, uzaqlaşdım. Elədiyim hərəkət üçün çox peşmanam”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub