Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub.
"Report"un məlumatına görə, bunlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2003-cü il təvəllüdlü Adil Müşviq oğlu Cəbiyev və 2001-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərovdur.
Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.
***
Fövqəladə Hallar NazirliyiXəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb.
Mynews.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
***
Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb. Rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.
FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər. Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.
Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq. (apa)
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub