Bakı Apellyasiya Məhkəməsində Samir Allahyarov, Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev, Fuad Əsgərov, Murtuza Tağıyev, Müzəffər Cəfərov, Araz Vəliyev və Süleyman Abdullayevın CM-nin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 182 (hədə-qorxu yolu ilə tələb etmə), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qisminə istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında silahlı insident baş verib.
Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev “Makarov” markalı tapançadan açılan atəşlər nəticəsində yaralanıblar, Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralını dostları Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “City Hospitala” gətirsələr də, 1-2 saatdan sonra araşdırmaya başlayan Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon polis idarəsinin əməkdaşları yaralıları Kliniki Tibbi Mərkəzə köçürülmələrini təmin ediblər. Hadisə yerinə baxış zamanı 5 ədəd giliz və qan nümunələri götürülüb.
Qeyd edək ki, polisə insident haqda ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqan məlumat verib. İş ondadır ki, onun istifadəsində olan “Chevrolet” markalı avtomaşın restoranın yanında parklanıb, Hoqan özü isə səfirin evində qonaq olub. Açılan atəşlərdən biri maşına dəysə də, xoşbəxtlikdən sükan arxasında əyləşən sürücüdən yan keçib.
İş üzrə ibtidai istintaq Bakı şəhər prokurorluğu tərəfindən aparılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Allahyarov 10 il, F.Əsgərov 8 il, T.Qaramizadə 7 il, H.Hüseynov 4 il 6 ay, B.Rəfiyev və M.Cəfərov 4 il, S.Abdullayev, A.Vəliyev və M.Tağıyev 3 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Hökmdən prokuror protest, təqsirləndirilən şəxslər isə apellyasiya şikayətləri veriblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, S.Allahyarovun cəzası 15 ilədək, F.Əsgərovun cəzası 10 ilədək və S.Abdullayevin cəzası 7 ilədək artırılıb.
Təqsirləndirilən H.Hüseynovun cəzası 3 il 6 aya endirilib.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub