Paytaxtın Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən “Loğman” klinikasında xəstənin qızı ilə heyət üzvləri arasında əlbəyaxa dava düşüb.
Mynews.az “Report”a istinadən xəbər verir ki, nəticədə klinikanın 1983-cü il təvəllüdlü baş həkimi Şıxıyeva Lika Aydın qızı müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
L.Şıxıyeva bildirib ki, günorta saatlarında əməliyyat olunacaq qadının qızı əvvəlcə əlində olan su butulkasını kassada işləyən qızın baş nahiyəsinə vurub. Buna görə də, baş həkim insidentin qarşısını almaq istəyib. Lakin həmin gənc qız baş həkimə də ayaq və yumruq zərbələri endirib. Səbəb isə əməliyyat vaxtının 1 saat gec olması olub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırma aparılır.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub