Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Saleh Rüstəmovun ölməsi barədə yayılan xəbərləri təkzib edib.
Mynews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, yayılan xəbərlər tamamilə əsassızdır: “Bu xəbər tamamilə yalan və uydurmadır. Xəbər yayılandan sonra qardaşı və vəkili Saleh Rüstəmovla görüşüb. Özü bildirib ki, saxlanılma şəraiti ilə bağlı narahatlığı yoxdur, heç bir işgəncəyə məruz qalmayıb. Bir qrup şəxs bu cür əsassız xəbərləri yaymaqla ictimaiyyəti aldatmağa çalışır”.
Yayılan məlumatlara əsasən, S. Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. S. Rüstəmovun müvəqqəti saxlama təcridxanasında döyülərək öldürüldüyü barədə xəbərələr yayılıb.
Jurnalist Qənimət Zahid də özünün "facebook" səhifəsində bu barədə yazıb.
Qeyd edək ki, Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub