Oğuz rayonunda 32 yaşlı qadın evdən qaçıb.
Mynews.az “Xəzər” TV-yə istinadən məlumatına görə, rayonun Səməd Vurğun küçəsi, 14 -də yaşayan Gülnaz Abışova iki gün əvvəl günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb.
11 ildir Seymur Abışovla ailəli olan və iki övlad sahibi qadın evdən dərzinin yanına getmək adı ilə çıxıb.
Seymur Abışov ailədə ciddi problem olmadığını deyir və həyat yoldaşının hansı səbəbdən getdiyini bilmir. Gülnaz Abışovanın anası Məlahət Xəlilova deyir ki, son vaxtlar qızında narahatlıq hiss edib. Ancaq o, problemini danışmayıb.
Övladları 10 yaşlı Nicat və 6 yaşlı Ömər analarının qayıtmasını istəyir. Hadisə ilə bağlı rayon polis çöbəsinə məlumat verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub