USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Prokurorluq kosmetoloq Elnarə Rzayevanın törətdiyi əmələ görə ŞİKAYƏTÇİYƏ ÜZ TUTDU

17:07 25.05.2018
Prokurorluq kosmetoloq Elnarə Rzayevanın törətdiyi əmələ görə ŞİKAYƏTÇİYƏ ÜZ TUTDU
17:07 25.05.2018

Kosmetoloq Elnarə Rzayevanın qurbanlarının sayı durmadan artır. Onlardan biri də Xatirə Fərzullayevadır. Başına gələnləri Criminal.az saytına danışan X.Fərzullayeva deyir ki, Elnarə Rzayevaya dodağındakı biopolimeri (gel) əritmək üçün müraciət edib. Onun sözlərinə görə, prosedurları etmək üçün kosmetoloqa 800 manat ödəyib:

''Onun vurduğu iynə dodaqlarımı yandıraraq bərbad vəziyyətə qoydu. Dəfələrlə qapısına getsəm də tərbiryəsizlik edərək söydü. Dodağımın yarası sağalsa da hazırda bərbad haldadır. Dodağımı dermatoloqlar güclə sağaltdılar. Başıma gələnlərlə bağlı Nəsimi rayon Prokurorluğuna şikayət etdim. İşi prokurorluğun əməkdaşı Ələkbər müəllim araşdırdı. Həmin şəxs mənə qaranlıq olan səbəbdən işi bağladı. O, vəkilimi kənara çəkərək pul da təklif edib. 

Deyib ki, Elnarədən pul almışam, sənin haqqını verim, işi bağlayaq. Dəfələrələ prokurorluğa getsəm də, heç bir nəticə olmadı. 

Bakıda tanınmış kosmetoloq müştərisini döydü - ''Eşitmişəm ki, arxasında bir kişi dayanır...''

Ələkbər müəllim bildirdi ki, Elnarə yaxşı xanımdır, ona cinayət işi aça bilmərik. O qız başıma oyun açıb. Ələkbər müəllimlə əlbir olub, məni ələ saldı. Hər gün Ələkbər müəllim məni çağırırdı, sonra deyirdi get sabah gələrsən. Bir ay məni fırlatdı, axırda da nəticəsi olmadı. Ona görə də, Nəsimi Rayon Məhkəməsində iddia qaldırdım. Bir ilə yaxındır iş gedir, hələlik heç bir nəticə yoxdur. İşim hakim Rəşid Səmədovun icraatındadır. İki məhkəmə prosesi olub, heç birində Elnarə iştirak etməyib''. 

X.Fərzullayevanın vəkili Toğrul Allahyarov Criminal.az saytına açıqlamasında bildirdi ki, şikayətimiz əsasında E.Rzayeva barəsində cinayət işinin başlanmasını Nəsimi rayon Prokurorluğu və Polis İdarəsi rədd edib. 

''Ağzım qanla dolu idi, danışa bilmirdim, tərpədən kimi qan axırdı...'' - Elnarə Rzayevanın daha bir qurbanı

Vəkilin sözlərinə görə, Elnarə Rzayeva tibbi və əczaçılıq fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyindən lisenziya almayıb. Hazırda da lisenziyasız fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyi vəkil sorğusuna cavab verib ki, E.Rzayeva onlardan heç bir sertifikat almayıb. İstifadə etdiyi preparatların mənşəyi isə bilinmir. ''Çünki dəfələrlə Vergilər və Səhiyyə nazirliklərinə müraciətlər etmişdik. Başqa bir vətəndaş Məmmədova Elnurə də həmin kosmetoloqdan şikayətçidir. Ona görə də Xatirə Fərzullayeva ilə birkildə həmin xanımın da iddiası var. Onlara tibbi prosedur ''Doktor Elnarə Rzayevanın Estetik Mərkəzi'' MMC və ''La sisters'' MMC-də həyata keçirilib''. 

Vəkil əlavə etdi ki, Elnarə Rusiya vətəndaşıdır, 8-ci kilometr qəsəbəsində B.Nuriyev küçəsində müvəqqəti qeydiyatdadır. 

Araşdırması nəticəsində X.Ferzullayevadan başqa bir neçə şəxsin E.Rzayevanın qurbanı olduğu məlum olub. Onlar Validə Firidunova, Aygün Məmmədova, G.O-ovadır. Həmin şəxslərin işi hüquq mühafizə orqanları tərəfindən araşdırılır. 

Səsləndirilən ittihamlara cavab almaq üçün qarşı tərəflə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Yazıda adı çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq. 

Crimnal.az saytında yer alan iddialarla bağlı BiG.AZ saytı Bakı Şəhər Prokurorluğu ilə əlaqə saxlayıb. 

Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər prokurorunun köməkçisi Tural Aslanov həmin şikayətçinin onalara müraciət etməsini istəyib: "Xatirə Fərzullayeva elə bu gün Bakı Şəhər Prokurorluğuna müraciət etsin. Çünki bu gün vətəndaşların qəbul günüdür. Nəsimi rayon Prokurorluğu və kosmetoloq Elnarə Rzayeva barrəsində iddialarını yerindəcə araşdırılıb, məlumat verəcəyik". 

Aysel Yusifqızı

Prokurorluq kosmetoloq Elnarə Rzayevanın törətdiyi əmələ görə ŞİKAYƏTÇİYƏ ÜZ TUTDU
Prokurorluq kosmetoloq Elnarə Rzayevanın törətdiyi əmələ görə ŞİKAYƏTÇİYƏ ÜZ TUTDU
Prokurorluq kosmetoloq Elnarə Rzayevanın törətdiyi əmələ görə ŞİKAYƏTÇİYƏ ÜZ TUTDU
Prokurorluq kosmetoloq Elnarə Rzayevanın törətdiyi əmələ görə ŞİKAYƏTÇİYƏ ÜZ TUTDU
Prokurorluq kosmetoloq Elnarə Rzayevanın törətdiyi əmələ görə ŞİKAYƏTÇİYƏ ÜZ TUTDU
Prokurorluq kosmetoloq Elnarə Rzayevanın törətdiyi əmələ görə ŞİKAYƏTÇİYƏ ÜZ TUTDU
Prokurorluq kosmetoloq Elnarə Rzayevanın törətdiyi əmələ görə ŞİKAYƏTÇİYƏ ÜZ TUTDU
Prokurorluq kosmetoloq Elnarə Rzayevanın törətdiyi əmələ görə ŞİKAYƏTÇİYƏ ÜZ TUTDU


Xəbər lenti

300x200r