Rusiyanın Volqaqrad əyalətində Azərbaycan və Özbəkistandan olan altı miqrant çinli fermeri öldürüb arvadına isə təcavüz ediblər.
Mynews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, əkin sahələrində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan şübhəlilər Çin vətəndaşı olan istixana sahibinin böyük satış həyata keçirdiyini öyrəniblər.
Dəyənəklərlə silahlanan miqrantlar (altısı özbək, ikisi azərbaycanlı) ötən ilin sentyabrın 22-də gecə yarısı fermerin evinə hücum edərək onu və arvadının əllərini bağlayaraq mənzildə pul axtarışına çıxıblar. Lakin heç bir pul vəsaiti tapmayıblar.
Nəticədə kişini döyüb, arvadına isə təcavüz ediblər. Cinayəti ört-basdir etmək üçün sonda kişini öldürüblər.
İttiham olunan şəxslər haqda həbs qətimkan tədbiri seçilib. Cinayət sübuta yetirilərsə onları ömürlük həbs gözləyə bilər.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub