Antalyada 36 yaşlı ata 13 və 16 yaşlı qızlarına cinsi təcavüz edib.
Şəhərin Konyaaltı qəsəbəsində baş verən iyrənc hadisə bütün sakinləri ayağa qadırıb.
Xəbərdə bildirilir ki, 36 yaşlı Ali İhsan Ç. mütəmadi olaraq qızlarına qarşı cinsi zorakılıq edib. Bununla kifayətlənməyən ata övladlarını hadisəni kiməsə danışmamaları üçün hədə-qorxu gəlib.
O, 13 və 16 yaşlı məktəbli qızlarını dəfələrlə zorlayıb. Məsələdən qızların sinif müəllimi xəbər tutub. Müəllimə cinsi təcavüzə məruz qalan şagirdləri otağına çağıraraq onlardan nə baş verdiyini öyrənib və dərhal hadisə barədə polisə məlumat verib. Polisdə ifadəsi alınan bacılar atalarının onları illərdir təcavüz etdiyini iddia ediblər. Bu ifadədən sonra Ali İhsan.Ç ədliyyəyə sövq edilib və uşaqlarına qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilərək həbs olunub.
36 yaşlı Ali İhasan Ç. üçü qız və biri oğlan olmaqla 4 uşaq atasıdır. Uşaqlar analarına təhvil verilib.
unikal.org


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub