Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edilib.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyib.
DİN-dən Mynews.az-a verilən məlumata görə, polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək Şöbəyə gətirilib.
Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub