Təhsil haqqını kazinoda uduzan azərbaycanlı tələbə özünü öldürdü
![](https://img.mynews.az/news/2018/05/photo_48372.jpg)
Gürcüstanda dünyasını dəyişən mingəçevirli tələbənin ölümü ilə bağlı təfərrüatlar məlum olub.
Mynews.az “Report”a istinadən xəbər verir ki, Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadənin meyiti bu gün səhər saatlarında Mingəçevirə gətirilərək dəfn edilib.
Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olan Tağı İskəndərzadənin atası Novruz İskəndərov hadisə ilə bağlı açıqlamasında oğlunun ölümünün birmənalı şəkildə intihar hadisəsi olduğunu deyib:
“Oğlumun təhsil haqqı 3000 lari idi. Adətən, bu məbləği iki dəfəyə ödəyirdik. Bu dəfə də Tağıya ödənişi etmək üçün 1500 lari həcmində pul göndərmişdik. Araşdırdıq və öyrəndik ki, Tağı bu pulu kazinoda uduzduğundan ödəyə bilməyib.
Ardınca kompüterini, telefonunu və digər dəyərli əşyalarını girov qoyaraq borc götürüb və yenidən kazinoya gedib. Həmin məbləği də uduzub. Bundan sonra doğmalarının yanında üzü qara qalmamaq üçün intihar etmək qərarına gəlib. Sənədlərini Kür çayı sahilində skamya üzərinə qoyaraq özünü körpüdən çaya atıb”.
N.İskəndərov oğlunun tez-tez telefonla danışdığını bildirib. Amma intihar günü ərəfəsində səssizlik onları da şübhələndiribmiş. Sonradan Tağı İskəndərzadənin telefonunu da girov qoyduğunu öyrəniblər: “Baxmayaraq ki, Tağı kazinoya vərdiş etmişdi, o, çox abırlı uşaq olub. Səhvi, ardınca isə həyası onu intihara sürükləyib”.
Hadisə
- Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma xidmətinin tarifi yenilənib
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı
- Ülvi və Fatimə qəzaya düşdü
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB)
- 10-cu sinif şagirdi vəfat etdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma xidmətinin tarifi yenilənib 1669 dəfə oxunub
- Avtobus və metroda sərnişin daşımanın qiyməti dəyişdi 1166 dəfə oxunub
- Azərbaycanda qadınların pensiya yaşı ARTIRILDI 1152 dəfə oxunub
- Sabahdan Aİ 95 ucuzlaşır 1129 dəfə oxunub
- “Nar” qəbul imtahanında yüksək nəticə əldə edən gəncləri mükafatlandıracaq 1109 dəfə oxunub