Masallı sakini itkin düşüb.
Masallı şəhər sakini, 2002-ci il təvəllüdlü Sara Xıdır qızı Hüseynova mayın 17-də saat 14:00 radələrində ailə üzvlərindən xəbərsiz yaşadığı evi tərk edərək naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Sara Hüseynovanın əlamətləri bunlardır: Boyu 173 sm, gözləri və saçları qara rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən üzərində mavi rəngli yay gödəkçəsi, qara rəngli cins şalvar, ayağında isə boz rəngli idman ayaqqabısı olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub