Qusar rayonunun Urvaoba kəndində 17 yaşlı traktorçu kanala düşüb, cəsədi hələ də tapılmayıb.
Mynews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 17 yaşlı Dəyanət Didar oğlu Nəbiyev idarə etdiyi "T-25"markalı traktorla hərəkətdə olarkən Samur-Abşeron kanalının rayonun Urvaoba kəndi ərazisindən keçən hissəsinə düşüb. Sürətlə axan su sürücünü traktorla bir yerdə aparıb.
D.Nəbiyev əslən Qusarın Əvəcuq kəndindəndir. Kənd camaatının verdiyi məlumata görə, Nəbiyev anası və özündən balaca qardaşı ilə yaşayırmış və ailənin dolandırılması onun üzərinə düşüb. Bu səbəbdən də, yaşının az olmasına baxmayaraq işləməyə başlayıb.
Qusar rayon prokurorluğunda araşdırmaya başlanılıb. 17 yaşlı Dəyanət Nəbiyevin meyiti və traktor isə Samur-Abşeron kanalında hələ tapılmayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub