Şamaxı rayonunda mal-qara arasında kütləvi tələfat baş verib. Rayonun Çöl Göylər kənd sakin İsmayılov Əbilcan Nəbi oğlununa məxsus 13 baş iribuynuzlu heyvan naməlum səbəbdən tələf olub.
Mynews.az xəbər verir ki, kənd sakini Əbilcan İsmayılov APA-nın yerli bürosuna bildirib ki, oğlu Arif İsmayılov mal-qaranı bitlərdən təmizləmək üçün baytarlıq aptekindən aldığı dərmandan istifadə edib. Dərman vurulduqdan sonra heyvanların vəziyyəti pisləşib.
Kəndin baytar həkimi hadisə yerinə gələnədək mal-qara tələf olub. Ev sahibi həmişə bitə qarşı dezinfeksiya məqsədilə eyni dərmandan istifadə etdiyini və belə bir hadisə ilə heç vaxt rastlaşmadığını bildirib. Heyvanları xilas etməyə çalışan ev sahibi Balaxanım İsmayılova zəhərlənərək Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Mal-qaranın hansı səbəbdən tələf olduğu hələ ki, dəqiq məlum deyil. Araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub