USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Sürücü ölən iş yoldaşını qoyub qaçdı Şirkət avtomobili qəzaya düşdü

12:41 11.03.2017
Sürücü ölən iş yoldaşını qoyub qaçdı Şirkət avtomobili qəzaya düşdü
12:41 11.03.2017
Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Mynews.az -ın musavat.com-a istinadən xəbər verir ki, "Coca-cola” şirkətinə məxsus "İsuzu” markalı yük maşını Xırdalan şəhəri ərazisində daşla yüklü "KamAZ” markalı avtomobilə arxadan çırpılıb.
 
Qəza nəticəsində "Coca-cola” şirkətində ekspeditor vəzifəsində çalışan 1982-ci il təvəllüdlü Aydın Kosayev hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomobili və dünyasını dəyişən iş yoldaşını qoyaraq hadisə yerindən uzaqlaşdığı bildirilir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Qeyd edək ki, 35 yaşlı Aydın Kosayev iki azyaşlı övladı var. Həyat yoldaşı isə üçüncü övladına hamilə imiş.

Xəbər lenti