ARB TV-nin “Rezonans” verilişi bu dəfə məhbus Səbuhi Hüseynovun həbsxana hekayələrini təqdim edib.
Mynews.az-ın məlumatına görə, müğənniliklə məşğul olan S.Hüseynov törətdiyi cinayətə görə 12 il azadlıqdan məhrum edildiyini deyib:
“5 il musiqi məktəbində oxumuşam. Atam musiqiçi olub. Mən də musiqi ilə məşğul olmuşam. Ailəliyəm. Həbsdə olsam da musiqini atmamışam. Bu hadisə 2013-cü ildə baş verdi. Doğma dayımla münaqişəmiz oldu. Mən inanmazdım ki, başıma belə bir şey gələcək. Onlara qonaq getmişdim. Aramızda söhbət oldu, məni söydü. Onların evində problemlər var idi. Tez əsəbləşirdi.
Özü məcbur elədi ki, mən bu hadisəni edim. Ona dəfələrlə xəbərdarlıq etmişdik. Anama, atama demişdim ki, o bizə gəlməsin. Onu heç kim başa salmadı ki, belə etmək olmaz. Nəticədə cinayət baş verdi. Peşmanam. Kaş ki zamanı geri qaytara bilərdik. Danışıq yolu ilə həll etmək olardı”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub