Azərbaycanın bir sıra yerlərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 10-da saat 15 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Sumqayıt şəhər sakini Natiq Yağnəliyev idarə etdiyi “İsuzu” markalı avtomobili yolun kənarında dayanmış Ağdam rayon sakini Firdovsi Səlimova məxsus “ZİL” markalı avtomobilə vurub. Nəticədə N.Yağnəliyevin sərnişini, Qazax rayon sakini Ayaz Kosayev xəstəxanaya yerləşdirilib və orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Bundan başqa, martın 10-da saat 20 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndində kənd sakini Ramin Həsənlinin idarə etdiyi “VAZ-2107” və Sumqayıt şəhər sakini Ceyhun Abdurrəhmanovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, R.Həsənlinin sərnişini, həmkəndlisi Samir Nuriyev isə xəstəxanaya aparılarkən yolda ölüb. Tovuz RPŞ tərəfindən araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub