Bakıda arvadını xəyanətdə günahlandıran kişidən DƏHŞƏTLİ ƏMƏL
Bakıda qadının həyat yoldaşı tərəfindən boğularaq öldürülməsi hadisəsinin maraqlı təfərrüatları üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Anar Yusifov özündən bir yaş kiçik olan həyat yoldaşı Kifayəti qısqanclıq zəminində öldürdüyünü bildirib.
Bildirilir ki, Buzovna qəsəbəsində həyat yoldaşı və 2 övladı ilə birgə kirayə yaşayan Kifayət Yusifova metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında yerləşən gözəllik salonunda işləyirmiş. Mayın 25-də işə çıxmayan qadının rəfiqəsi onun həyat yoldaşına zəng edib. Anar Yusifov deyib ki, Kifayət ölüb və Salyana apararaq dəfn ediblər. Bir gün əvvəl rəfiqəsi ilə birgə olduğunu deyən və onun səhhətində hər hansı problemin olmadığını bilən qadın dərhal polisə müraciət edib.
Məlum olub ki, 35 yaşlı Anar evdə uşaqların olmadığı vaxt Kifayətlə mübahisə edib. O bildirib ki, son vaxtlar xanımı telefonu koda qoyurmuş: “Kiminləsə danışmasından şübhələnmişdim, telefonunu məndən gizlədirdi və kilidə qoymuşdu. Nə qədər istəsəm də telefonu vermədi”.
Mübahisə daha sonra münaqişəyə çevrilib və Anar Yusifov yastığı həyat yoldaşının ağzına basaraq onu boğub. O, daha sonra Salyandakı qohumlarına zəng edərək Kifayətin qəfil öldüyünü deyib və meyiti birgə rayona apararaq qəbiristanlıqda dəfn ediblər.
A.Yusifovun əməlinin üstü açılan kimi o, həbs edilib.
Qeyd edək ki, ailənin 8-10 yaşında iki qız övladı var.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Hadisə
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB)
- 10-cu sinif şagirdi vəfat etdi
- Ölümündən əvvəl nişanlısına dəfələrlə mesaj yazıbmış - Yeni detallar
- Qurban bayramının namaz vaxtı AÇIQLANDI
- Tez-tez əsnəmək xəstəlik əlaməti ola bilər - Diqqətli olun!
- Bakıda AİLƏ FACİƏSI - ana və qızını...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1198 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1149 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1140 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1066 dəfə oxunub