Bakı Ağır Cinayətlər Məhkəməsində Məhəmməd Behbudovun (1971-ci il təv.) CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, ötən ilin dekabrın 5-i, səhər saat 07:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində piyada keçidində Məhəmməd Behbudov idarə etdiyi “Hyundai” markalı sərnişin avtobusu ilə Arzuyə Abdullayevanı (1969-cu il təv.) və Nüşabə Rzayevanı (1988-ci il təv.) vurub.
Hər iki piyada hadisə yerində keçinib. Sürücü Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il 6 ay müdddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, o, iclas zalında həbs edilib.
1
Bu müavinətlər yeni qaydada hesablanacaq – QƏRAR
1026 dəfə oxunub
2
İlham Əliyev Azərbaycan gənclərini təbrik etdi
1020 dəfə oxunub
3
Fevralda neçə gün evdəyik? -QEYRİ İŞ GÜNLƏRİ
1008 dəfə oxunub
4
Cinsiyyət dəyişdirən daha bir fenomen saxlanıldı
983 dəfə oxunub
5
Rəqsanə canlı yayımda üzr istədi
975 dəfə oxunub