Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Rövşən Ağayev mayın 24-dən itkin düşmüş müəllim Sarayxanım Abdullayevanın onun sifarişi ilə qətlə yetirildiyini etiraf edib.
Mynews.az-ın məlumatına görə, R. Ağayev istintaqda dindirmə zamanı bildirib ki, S. Abdullayeva onun sifarişi ilə Xankərəm Kərimov tərəfindən öldürülüb.
O da məlum olub ki, X. Kərimov özünə məxsus “KİA Rio” markalı avtomobilində S. Abdullayevanı Şirvan şəhəri “Cənub” İES-in yaxınlığına gətirərək, orada sellofan torba ilə boğub.
7-8 saat avtomobildə qalan meyit sonradan R. Ağayevin köməkliyi ilə axşam saatlarında Şamaxı rayonunun Göylər kəndi ərazisində, yaşayış məntəqəsi olmayan dağlıq ərazidə yarğana atılıb.
12:25
Mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın öldürülməsi ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.
Mynews.az-ın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Ağayev Rövşən Firudin oğlu S. Abdullayevadan oğlu, narkotik cinayətinə görə həbs olunmuş Abdullayev Xəyal Hüseynağa oğlunun azad edilməsi müqabilində 27 min manat alıb.
Lakin X. Abdullayev azad edilməyib, R. Ağayev aldığı pulu da qaytarmayıb.
12:09
Şirvan şəhərində itkin düşən müəllimin meyiti tapılıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, meyit Şamaxı rayonunun Göylər kəndi ərazisində aşkar edilib.
Belə ki, qadın öldürüldükdən sonra onun meyiti sellofan torbaya qoyulub.
Həmin torba Çöl Göylər - Dağ Göylər avtomobil yolunda dərəyə atılıb.
İlkin məlumata görə, meyit mayın 24-də itkin düşən qadın müəllim, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevaya məxsusdur.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub