Arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elgün Ağahəsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Mynews.az Lent.az-a istinadən məlumatına görə. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, E.Ağahəsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl ötən il Xırdalanda baş verib. Xırdalan şəhəri 20 Yanvar küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan 1986-cı il təvəllüdlü Ağahəsənov Elgün Rasim oğlu həyat yoldaşı - 1994-cü il təvəllüdlü Nadirova Axirə İsməmməd qızını şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qətlə yetirib.
Qətl hadisəsi mərhumun anasının gözü qarşısında baş verib.
E.Ağahəsənova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub